Nəqliyyat Nazirliyi ilə yol polisinin reydləri davam edir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, reyd zamanı onlarla sürücü cərimələnib. Reydlərdə sərnişin avtobuslarını sürücülük vəsiqəsiz idarə edənlər, o cümlədən xarici görkəmi bərbad olan avtomobillər, həmçinin texniki vəziyyəti təhlükəsizliyə cavab verməyən maşınların sürücüləri cərimələnib. Reydlər zamanı dayanması qadağan olan yerlərdə saxlanılan avtomobillər cərimə meydançasına aparılıb. O cümlədən bir taksi sürücüsündən soyuq silah kimi işlədilə bilən bıçaq tapılıb. Bıçaq müsadirə olunub.
Bakıda taksi sürücüsündən soyuq silah tapıldı