Bayıldakı sürüşmənin “Əbədi məşəl” kompleksinə təsiri yoxdur - RƏSMİ
09:36 12.02.2018
Arxiv
463
"Bayıl yamacındakı sürüşmə sahəsi Bakı Televiziya Qülləsindən 200-250 m cənub – şərqdə yerləşir və sürüşmənin Teleqülləyə hər hansı təsiri yoxdur”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ekspedisiya rəisi sürüşmənin ətrafdakı digər ərazilərə - "Əbədi məşəl” kompleksi və "Gülüstan” sarayına hər hansı təsirinin olub-olmamasına da aydınlıq gətirib. O qeyd edib ki, "Əbədi məşəl” abidəsi Bayıl dərəsinin sol sahilində yerləşir, sürüşmə prosesinin baş verdiyi ərazi isə Bayıl dərəsinin sağ sahilindədir: "Bildiyiniz kimi "Əbədi məşəl” abidəsi yaxınlığında 2000-ci ilin mart ayında sürüşmə baş vermişdi. Ora da sürüşməyə meylli ərazidir. Lakin Bayıl yamacında baş verən sürüşmənin "Əbədi məşəl” abidəsinə təsiri yoxdur. Bayıldakı sürüşmə lokal ərazidə baş verir. "Əbədi məşəl” abidəsi sürüşmə sahəsindən təxminən 200-250 metr məsafədə yerləşir.
"Gülüstan” sarayının istinad divarlarında isə aidiyyəti qurumlar tərəfindən mayaklar quraşdırılır. Hər ayın sonunda mayaklarda dəyişikliyin olub – olmaması barədə Nazirlər Kabinetinə məlumat verilir. Biz də mütəxəssis olaraq həmin mayaklara baxış keçiririk. Hələ iki il öncə mayaklarda dəyişikliyin qeydə alınması barədə biz məlumat vermişdik. Lakin "Gülüstan” sarayının istinad divarlarında ciddi dəyişiklik müşahidə olunmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm