İŞİD Yeni ili anti-islam bayramı elan edib
İstanbulun Bəyoğlu rayonunun Təhlükəsizlik İdarəsi Yeni il şənlikləri zamanı məşhur Taksim meydanında və İstiqlal küçəsində kütləvi tədbirlərin keçirilməsini qadağan edib. İdarə rəisi İsmayıl Kılıç bu addımın xalqın şənliyini rahat şəkildə keçirməsi üçün atıldığını deyib:
"Yeni ilin yaxınlaşması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Əvvəlki illərə nisbətən daha geniş tədbirlər görülür. İstiqlal küçəsi və Taksim meydanına gedən yolların girişində polis nəzarəti olacaq”. Xatırladaq ki, keçən il Yeni il gecəsi İstanbulda "Reina” klubunda 39 nəfərin ölümünə səbəb olan terror hadisəsi baş vermişdi. Terror təhlükəsi və təhdidləri aktuallığını qoruduğu üçün bu kimi qərarların verilməsi məqsədəuyğun sayılır. Çünki İŞİD və digər terrorçu qruplaşmalar daha çox kütləvi bayram yığıncaqlarını hədəf seçirlər.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən kriminalist-ekspert İlqar Altay deyib ki, Türkiyə dövlətinin bu cür tədbirlər görməsinə əsas var. Onun sözlərinə görə, ötən il "Reina” kafesində baş verən kütləvi terror aktı qardaş ölkəyə böyük qorxu yaşadıb:
"Türkiyə dini radikalizm, ekstremizm və terror zonasında yerləşir. Son illər bu ölkədə terror hadisələri sürətlə artıb. Xüsusən, PKK və İŞİD tərəfindən ciddi təhdidlər var. Ümumiyyətlə, hazırda dünyada terrorun tüğyan etdiyi vaxtdır. Ötən günlərdə Rusiyada, Sankt-Peterburq şəhərində Yeni il tədbirləri üçün planlaşdırılan terrorun qarşısı alındı. Coğrafi bölgə yaxın olduğu üçün Azərbaycanda da İŞİD və ya başqa terrorçu təşkilatların kütləvi şənlik yerlərində təxribat, partlayış, kütləvi qətl törətmə ehtimalı qalmaqdadır.
Bu ehtimalı gücləndirən əsas səbəb radikal islamçıların Yeni ili anti-islam bayramı elan etməsidir. Ona görə də hüquq-mühafizə orqanları bayram günlərində bu istiqamətdə diqqəti daha da artırmalıdır. Təhlükəsizlik tədbirlərinin effektivliyi üçün müvafiq güc qurumları planlı və sistemli fəaliyyət göstərməlidir. Təhlükə riskinin olmasına baxmayaraq, bizim hüquq-mühafizə strukturlarımız Yeni il şənliklərini qadağan etmədən də camaatın təhlükəsizliyini təmin etmək iqtidarındadır”.
İsmayıl