Bayram Səfərov: "İnsanlarımız cəbhəyə gedib, döyüşlərə qatılmaq istəyirlər"
14:31 04.04.2016
Arxiv
592
"Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və güclü ordu quruculuğu artıq öz bəhrəsini verir". Bu barədə sherg. az-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. Birlik sədrinin fikrincə, Ermənistan artıq Azərbaycanın gücünü gördü: " Bütün Azərbaycan xalqı yüksək əhval ruhiyyədədir".
Təşkilat sədri İ.Əliyevin atəşkəsin birtərəfli dayandırılmasına dair sərəncamını da yüksək qiymətləndirib: " Bu da xalqımızın, prezidentimizin humanistliyindən irəli gəlir. Dünya ictimaiyyətinə bir mesaj verdik ki, Azərbaycan sülh tərəfdarıdır. Azərbaycanın heç kimin toprağında gözü yoxdur. Azərbaycan öz ərazilərini separatçılardan təmizləyir. Ermənistan ordusu torpaqlarımızı işğal edib. Biz də işğalçıları ərazilərimizdən çıxarırıq. Ordumuz lazım olan yüksəklikləri ələ keçirib, düşməni susdurur. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Möhtərəm prezidentimizi Allah qorusun".
B. Səfərov onu da qeyd edib ki, xalqımız ordumuzun gücünə arxalanır: "Bütün sərhədyanı rayon və kəndlərdə əhali böyük ruh yüksəkliyi içərisindədir. Şəxsən mənə çoxsaylı müraciətlər olur. İnsanlarımız cəbhəyə gedib, döyüşlərə qatılmaq istəyirlər. Biz isə bildiririk ki, Azərbaycanın güclü ordusu var. Cənab prezident bu məsələləri orduya həvalə edib. İnsanlarımızın əhval ruhiyyəsi çox yüksəkdir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm