Bəzi qurumların mətbuat xidməti jurnalistlərə niyə cavab vermir ?- İZAH

"Mətbuat xidməti təyin edilən şəxs çalışdığı sahənin problemlərini yaxşı bilir, amma jurnalistlərə açıqlama verməyə çətinlik çəkir. çünki müəssisənin rəhbərliyi mətbuatla əlaqələrə açıq olmur"




"Hazırda Azərbaycanda mətbuat xidmətləri əməkdaşlarını hazırlayan müəssisə yoxdur. Universitetlərdə, Jurnalistika fakültələrində bu sahə tədris edilmir. Hesab edirəm, jurnalist yetişdirən ali məktəblərdə belə qruplar yaradıla bilər. "Public relation” ayrıca sahədir"







"Artıq Azərbaycanda dövlət, ictimai və digər strukturlarda fəaliyyət göstərən insanlar kifayət qədər peşəkardırlar. Bu mənada qurumların mətbuat xidmətləri ilə medianın əlaqələri də yaxşılaşıb”.

Bunu "Sherg.az”a Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. 

O diqqətə çatdırıb ki, irəliləyişə rəğmən hələ də bəzi problemlər qalmaqdadır:

"Bəzi məqamlarda mətbuat xidmətinə rəhbərlik edən şəxslər, ictimaiyyətlə əlaqələr məsələsində effektiv çalışırlar. Mətbuat xidməti təyin edilən şəxs çalışdığı sahənin problemlərini yaxşı bilir, amma jurnalistlərə açıqlama verməyə çətinlik çəkir.

Nəhayət, bəzi məqamlarda həmin sahənin, müəssisənin rəhbərliyi mətbuatla əlaqələrə açıq olmur. Baş verən olaylar barədə jurnalistləri hər tərəfli məlumatlandırmağa maraqlı olmur. İndiki şəraitdə isə mövcud problemlər azalır”.

MŞ sədri mətbuat xidmətləri və jurnalistlərin əlaqələrindəki problemlərin aradan qaldırılması yollarını da açıqlayıb:

"Hazırda Azərbaycanda mətbuat xidmətləri əməkdaşlarını hazırlayan müəssisə yoxdur. Universitetlərdə, Jurnalistika fakültələrində bu sahə tədris edilmir. Hesab edirəm, jurnalist yetişdirən ali məktəblərdə belə qruplar yaradıla bilər. "Public relation” ayrıca sahədir.

Həmin sahədə çalışan insanların peşəkarlığının artırılması, ixtisasartırma kurslarına yönləndirilməsi də əhəmiyyətli olar. Həyat dəyişir, texnika inkişaf edir və yeni münasibət formaları meydana gəlir. Ona görə, bu sahədəki problemlərin aradan qaldırılmasına ehtiyac yaranır.

Artıq Azərbaycanda mətbuat xidmətlərini bir yerə toplayan, problemlərini araşdırıb, həll yollarını axtaran qurum yaranmaqdadır. Yəqin ki, yaxın vaxtlarda bu qurum yaranacaq, yaxın zamanda töhfəsini verəcək”.

Aysel Aslan