"Bir şəhid oğlu kimi, Prezidentin bu addımı məni sevindirir" - Razıdır




"Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan xalqına, məxsusi olaraq şəhid ailələrinə daim diqqət, qayğı göstərirlər".

Bunu "Sherg.az"a Naxсıvan Muxtar Respublikasından olan şəhid  Elxan Əliyevin oğlu  Elsevər Əliyev bildirib.

O, da bütün şəhid ailələrinə birdəfəlik 11 min manat ödəmənin verilməsi və şəhid ailələri ilə görüşü yüksək qiymətləndirir:

"Cənab Prezident daim Azərbaycanın bütövlüyü uğrunda həlak olan şəhidləri və ya qaziləri diqqət mərkəzində saxlayıb. Bir şəhid oğlu kimi ölkə başçısının bu addımı məni sevindirir. Cənab Prezidentin şəhid ailələrinə qayğısı sonsuz olub. 

Məncə, şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin olması və onlarla Prezident Sarayında görüşməsi fikilərimin sübutudur. Cənab Prezidentin bu addımları onun hər zaman şəhid ailələrinin yanında olduğunu göstərir. Allah ölkə başçısını və ailəsini qorusun. 

Edilən ödəmə ailəmizin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Bunun üçün cənab Prezidentə minnətdaram”.

Qeyd edək ki, yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Kənan Eynuroğlu