Birinci vitse-prezident “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
14:13 18.01.2019
Arxiv
372
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.
Trend-in məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi”, "Üzeyir Hacıbəyli ensiklopediyası”, "Bədii və publisistik əsərlər” kitabları, "Leyli və Məcnun”, "Koroğlu” operaları və "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq dünyanın bir çox ölkəsindən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə