Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli o
“Bizim kino xarici kino bazarına heç vaxt çıxmayacaq”
Kənan M.M: “Bəzən mentaliteti gözə soxaraq lazımsız yerlərdə bundan istifadə etməyə meyilli millətik”
Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli o
Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli o
Rejissor Kənan M.M Azərbaycan kinosuna rəhmət oxuyaraq tamaşaçılarına da başsağlığı verib. Son illər çəkilən filmlərin, demək olar ki, əksəriyyətinin sənətə aidiyyəti olmadığını vurğulayan Kənan M.M "Azərbaycanda kino yerinə multiplikasiya, yəni uşaq başı aldadan cizgi filmləri çəkilir. Əslində cizgi filmi deyəndə bu o demək deyil ki, cizgi filmi çəkmək asandı. Sadəcə loru dildə desək, film yerinə multik çəklir. Bunlar yutub üçün olan keyfiyyətsiz komediyalardı.
Kimlərsə fürsətdən istifadə edib bu məqamlarda bu yutub komediyaları ilə pul qazanır. Ciddi kino sənəti isə bu gün o keyfiyyətsiz komediyaların qurbanına çevrilir. Bu gün bu komediyalardan qazanan tərəf isə demək olar əsas kinoteatrlardı. Bu gün kinoteatrlara gedən gənclər də sadəcə əylənmək, gülmək üçün pul verib bu komediyalara baxırlar. Mən bir vaxtlar rejissor olmaq arzusu ilə yaşayırdım.
Qismət elə oldu ki, illərlə klip çəkib qurdumuzu öldürəsi olduq. İndi də film çəkmək üçün kimlərinsə qapısını döyməliyik?
Mən professional rejissorların heç birinə yaraşdırmıram ki, film çəkmək, sənət əsəri meydana çıxarmaq üçün qapı döyüb sponsorluq üçün pul dilənsin. Mən film çəkdim, xaricdə o filmi göz yaşı ilə alqışladılar.
Amma bizdə o filmə baxmağa kinoteatrlara tamaşaçı gəlmədi. Sosial şəbəkədə maraqlanırlar ki, əla filmdi, onu yutubda nə vaxt izləyə bilərik? Amma heç kim sənət əsəri olan filmə gedib pul verib baxmaq istəmir. Amma gülmək, komediya izləmək üçün kinoteatra gedən daha çox tamaşaçı var. Bu da millətin psixologiyası ilə bağlıdır həm də. Bir də bizdə filmə baxış bucağı da fərqlidir. Xarici filmlərdə açıq səhnələri görməyə öyrəşmişik. Bunu qəbul edirik, buna sənət əsəri kimi baxırıq. Amma özümüz belə səhnələri çəkə bilmərik. Buna görə az qala bizi topa tutub, tənqid edirlər” söyləyib.
Kənan M.M "Şərq”ə açıqlamasında kinoya olan sərt yanaşmadan da narazılığını dilə gətirdi. Kino ciddi sənət əsəridir. Ona görə də kino sənətinə məhdudiyyət qoymaq o deməkdir ki, bizim kino heç vaxt əcnəbi kino bazarına çıxmayacaq. İnanın, həm gülməli bir məqamla üz-üzə dururuq, həm də əslində kino sənətinin faciəsinin şahidi olub susuruq. Bəzən mentaliteti gözə soxaraq lazımsız yerlərdə bundan istifadə etməyə meyilli millətik. Mən başa düşmürəm ki, kinoda yataq və ya sevişmə səhnəsini necə tamaşaçıya təqdim edək. Bəli, müəyyən çərçivə olmalıdı. Amma bunu boğub öldürmək də düzgün deyil. "Gecə qonağı”nda az qala bizi xalq düşməni elan etmək istədilər. Ay balam, biz həyatda olan nüansları kino şəklində təqdim edirik. Burda nə qəbahət var axı?
Hətta MTRŞ az qala "Gecə qonağı”na görə telekanalı məhkəməyə verirdi. Axı dünyanın heç bir yerində kino sənətinə qadağa, səd qoyulmur. Sənətdə çərçivə varsa, orda yaradıcılıqdan söhbət gedə bilməz. "Gecə qonağı” "Təhminə”dən qat-qat tərbiyəlidir. Üzr istəyirəm, "Təhminə”də "qəhbə” sözü işlədilir. Onu "fahişə” sözü ilə əvəz etmək olardı. Niyə etməyiblər? Sonra "Qurban olum, Zaur, tələsmə” hissəsini də ekran işindən çıxarardılar. Ustadlardan, böyüklərdən öyrənmirik? "Təhminə”ni çəkən rejissor Rasim Ocaqov ağsaqqal, dahi, karifey olub. Necə görmüşüksə, elə çəkirik. Başqa cür görsəydik, başqa cür çəkərdik. Bu tənqidlər yersizdir, xarici filmlərdə yer alan açıq-saçıq səhnələrə tamaşaçılar maraqla baxırlar. Ya tamaşaçı özü-özünü düzəltməli, ya da imkan verməlidir ki, mən onu düzəldim. Sevindirici hal odur ki, insanlar filmdəki Zara obrazına inanıblar. Deməli, aktrisa rolunun öhdəsindən gəlib. Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli olmağı tərbiyəsizdən öyrənmişəm. Obraza obraz kimi baxmırlar. Yazırlar ki, "kül qız başına, gör nə edir?” Bihtərə ("Aşkı-memnu” serialının baş personajı - red.),
Bəhlulla Bihtərin öpüşmə səhnəsinə niyə baxırsınız?
Niyə yazırlar ki, o serialdan ötrü ölürük?
Deməli, o serialda qızını, arvadını görür. Azərbaycan tamaşaçısı var olduqca filmlərimiz inkişaf etməyəcək. Tənqidlərə gülürəm. Film sensasiya yaradıbsa, deməli, gözəl iş ərsəyə gətirilib”.
Filmdə açıq-saçıq səhnələr yer ala bilər. Məhəbbət, qızla oğlanın yaxınlıq səhnələrini ekran işində canlandırmaq olar. Sözügedən səhnələri estetik təqdim etsələr, tamaşaçılarda qıcıq yaratmaz. Səhnələr əndazədən çıxanda izləyici qəbul etmir. Görünür, "Gecə qonağı” tamaşaçıları qıcıqlandırıb. İranda qadınlar başı bağlıdır, orada açıq-saçıq filmlər çəkmək qadağandır. Lakin bəzən elə filmlər çəkib Kann kimi festivallara göndərirlər ki, insan məəttəl qalır. Hər şey çərçivəsində gözəldir. Mən kino sənətində qadağanı qəbul edə bilmirəm. Bilirsən, bir var erotik film, bir də var filmdə estetikanı nəzərə almaqla sevgini çatdırmaq, o səhnəni tamaşaçıya hiss etdirmək. Əsl kino da, sənət əsəri də budu. Bizdə isə o qədər qadağalar var ki, rejissor o məhdudiyyətin içində sıxılır, boğulur. Mən artıq bu sənətdən o qədər iyrənmişəm ki, başımı götürüb getmək istəyirəm. Azərbaycanda ciddi kino sənəti öldü. Basdıran da tapılmadı. Heç olmasa, qalanlar rəhmət dilə gətirsinlər. Mən çox böyük məsuliyyətlə deyirəm ki, mənim artıq yerim Azərbaycan deyil. İnanın tam səmimiyəm, bunu təkcə mən demirəm, bir neçə rejissorlar var ki, bu cür düşünürlər. Azərbaycanda professional rejissorlar üçün imkan yoxdu artıq. Bilirəm ki, mənim bu açıqlamamdan sonra yenə kimlərsə özlərini guya ki, patriot göstərərək tənqid etməyə başlayacaqlar. Amma inanın, bu artıq mənim üçün önəm daşımır. Mən içimdə vətənimi sevənəm. Amma kino sənəti ilə məşğul olan insan üçün Azərbaycandan kənarda yaşamaq da, yaradıcılıqla məşğul olmaq da daha asandı”.
Tahirə