ictimaiyyət nümayəndələri arasında birmənalı olmayan fikirlər səsləndirilib.
“Boranı” restoranının şəhid ailələri ilə bağlı təşəbbüsünə sərt təpki:“Bu, rəzillikdir"
10:04 12.02.2018
Arxiv
4042
Lənkənar şəhərində yerləşən "Boranı” adlı restoran sahibi şəhid ailələri üçün güzəştli xidmət göstərmək qərarına gəlib və bununla bağlı restoranın qapısına elan xarakterli plakat yerləşdirib.
Elanda yazılıb:
"Şəhid ailələrinin diqqətinə, biz atanıza borcluyuq. - Sevimli övladımız, "Boranı” restoranının kollektivi səni doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və sənin üçün təşkil etdiyimiz "doğum günün mübarək” təntənəli tədbirinə 5 (beş) nəfər yaxınınla birlikdə dəvət edir. Haqqı atanız tərəfindən ödənilib”. Lakin plakatın fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra
ictimaiyyət nümayəndələri arasında birmənalı olmayan fikirlər səsləndirilib.
ictimaiyyət nümayəndələri arasında birmənalı olmayan fikirlər səsləndirilib. Bir qisim insan restoran tərəfindən atılan addımı təqdirəlayiq hesab etsələr də, digərləri bu cür reklamı şəhid ailələri qəbuledilməz sayıblar.
Məsələn, Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Boranı” restoranının girişində asılmış plakatı millətimiz adına təhqir hesab etdiyini deyib. Partiya funksioneri düşüncəsini bu cür şərh edib:
"Bu rəzillikdir. Hansı şəhid övladı başına 5 nəfər dostunu toplayıb yeyib-içməyə gələr?! Şəhid ailələrinə kömək etmək istəyən heç kimə sormadan və reklamsız edə bilməzmi? Restoran sahibi çox gözəl anlayır ki, bir nəfər də olsun şəhid övladı bu rəzilliyi özünə sığışdırmaz. İndiyə qədər hansısa restoran və "şadlıq sarayı” sahibinin bir şəhid ailəsinin toy məclisini öz hesabına etdiyini görmüsünüzmü?
Bəlkə, bir-iki belə hadisə olub. Lakin tədbirlərin bu sayaq reklam edilməsi yolverilməzdir. Bəzən marketlərin qarşısında buna bənzər yazılar da görmək olur. Əvvəla bu tərzdə reklamlar həm milli hisslərimizə, həm də dövlət marağımıza qəti olaraq ziddir. Paylaşılan statusun altında "təqdirəlayiqdir” şərhlərini gördükdə bir daha xəcalət çəkirəm.
Sadəlöhv olmayın ! Bu plakatın dərhal yığışdırılmasını tələb edirəm. Təsəvvür edirsinizmi, şəhid övladı gəlib restoranın qarşısında boynunu büküb deyir ki, atam şəhid olub, mənə dostlarımla pulsuz yeyib-içmək verin. Bu, təhqirdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm