Böyük utanc...

Papaya görə küçələrdəki bütün kimsəsiz uşaqları qandalladılar
Filipində yaşanan bu qalmaqal qan donduran görüntüləri ortaya çıxardı. Papanın ziyarəti əvvəli böyük bir hərəkətliliyin yaşandığı ölkədə səlahiyyətlilər küçələrdəki kimsəsiz uşaqları sanki səfil itləri toplar kimi yığıb sığınma evinə gətirdi.
Toplama düşərgəsini xatırladan bu yerdə uşaqlar yetkinlərlə eyni kameralarda böyük bir sıxlıq içində saxlanır. Gecələri yerdə yatmağa çətinlik çəkən uşaqlar yetkinlər, ya da özlərindən daha böyüklər tərəfindən işgəncəyə məruz qalır. İnsanlıq xaricindəki görüntülərin yaşandığı bu yerdə acından ölən uşaqlar belə var. 11 yaşında bir uşağın beton üzərində çılpaq bir şəkildə yatan cansız bədəni bu arada yaşanan dəhşətin görüntüsüdür. Üstəlik bu utanc mühitinə Papanın ziyarəti əsnasında küçələrdə uşaqların gəzməməsi üçün bir çox uşaq həbsedilmiş vəziyyətdədir. Bunlardan biri də dəmirə qandallanmış halda tutulan və acılar içində ağlayan 13 yaşındakı qız uşağıdır.