Xatılayırsızsa, baş nazir parlamentin iclaslarından öncə tərəfdarlarına müraciət edərək onları yenidən küçələrə tökdü. Paşinyanın əsas məqsədi digər siyasi qüvvələrə dərs vermək, onlara gücünü göstərmək idi.
"Bu, Ermənistanda qarşıdurma və dərin böhrana səbəb olacaq" - Şərh
14:16 02.11.2018
Arxiv
668
"Paşinyanın istifadə etdiyi üsullar risklidir. Hazırda Ermənistanda siyasi böhran hökm sürür”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitik bildirib ki, Ermənistan konstitusiyasına görə, parlamentdə iki dəfə baş naziri seçmək mümkün olmadıqda, bu, siyasi böhran sayılır. Nəticədə parlament buraxılır:
"Seçkinin baş tutmayacağı əvvəldən bəlli idi. Çünki yeganə namizəd Paşinyan idi və onun da namizədliyi qəbul edilmirdi. Digər siyasi qüvvələrin namizəd irəli sürməsinə isə imkan verilmirdi. Əlbəttə, bu o demək deyil ki, Paşinyana alternativ tapılmır, sadəcə reallıq odur ki, hər hansı müxalif partiya öz namizədini versə, hətta parlamentdə səs çoxluğu qazansa belə həmin şəxsin fəaliyyət göstərmək imkanı minimum olacaq.
Xatılayırsızsa, baş nazir parlamentin iclaslarından öncə tərəfdarlarına müraciət edərək onları yenidən küçələrə tökdü. Paşinyanın əsas məqsədi digər siyasi qüvvələrə dərs vermək, onlara gücünü göstərmək idi. Yəni mesaj verirdi ki, "əgər mənim əvəzimə başqasını dəstəkləsəniz, kütlələr meydanı yenidən dolduracaq və seçilən namizədin işləməsinə imkan verməyəcək. Baş nazir istəyinə nail oldu.
Ancaq siyasi təşkilatların kütlənin qorxusundan meydandan tamamilə kənara çəkilməsi Ermənistanda növbəti qarşıdurmaya və dərin böhrana səbəb olacaq. Belə məqamda Sarkisyan-Koçaryan birliyini təmsil edən qüvvələrin prosesə təsir gücü və baş verənlərdən dividend qazanmaq şansı sıfıra bərabərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə