Bu görüntü Avropanı sarsıtdı: IŞİD-in bayrağıyla sərhədi rahat keçdi

Danimarkalı olduğunu söyləyən maskalı bir adam əlində terror təşkilatı IŞİD-in bayrağıyla Almaniya sərhədindən keçdi.
İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, bir adam Berlin hücumunun ardından Avropadakı sərhədlərin nə qədər nəzarətsiz olduğunu göstərmək üçün əlində terror təşkilatı IŞİD-in bayrağıyla sərhədi keçmə sınağı edir. Danimarkalı gənc Almaniya sərhədini keçdiyi görüntüləri göstərərək Youtube-yə yüklədi.
Video Youtube bu şərhlə qoyulub: "Sərhəd nəzarəti deyilirik. Bir İŞİD terrorçusu sərhədi fərq edilmədən keçə bilərmi? Sərhəd nəzarəti yoxdur. Açıq sərhədlərimizlə özünüzü rahat hiss edirsinizmi?"
Videonun sonunda sınağı edən gənc silahla atəş açır və qəribə hərəkətlər edir.