Bu gün Xəzər dənizində iki zəlzələ hadisəsi qeydə alınıb






 2015-ci ilin ilk günündə Azərbaycanda ardıcıl olaraq iki zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM)  verdiyi məlumata görə, bu gün Xəzər dənizində iki zəlzələ hadisəsi qeydə alınıb.
Birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.