
"Bu il ərzində kəskin qiymət artımları gözlənilmir" - Açıqlama
12:14 25.02.2019
Arxiv
601
"Cari ilin yanvarında 2018-ci ilin eyni ayı ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 , əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4% artıb. Bu, ciddi bahalaşma deyil. Keçən ilin yanvarında 1,7 %-lik rəqəm 5,5% təşkil edirdi.
Məlum olduğu kimi, keçən ili çox aşağı səviyyəli infyasiya ilə yola saldıq.
Halbuki, 1 il əvvəl, 2017-ci ildə 12,9 % inflyasiya baş vermişdi. Bu il üçün də aşağı səviyyəli infyasiya proqnozlaşdırılmışdır ki, buna da əsas verən istehlak bazarında vəziyyətin stabil qalacağıdır. Ancaq nəzərə alsaq ki, il başlanandan bəri, sosial istiqamətdə bir sıra artımlar edilib və bunlar dövriyyəyə birinci rübündən sonra daxil olacaq, istehlak qiymətləri indeksinin yüksəlməsi ehtimalı mövcuddur. Bu isə dolayı yolla iqtisadi artım üçün buxova çevrilə bilər. Lakin, bazarda qiymətlər hökumət tərəfdən nəzarətdə saxlanılır. Və İqtisadiyyat naziri Şahin Mustafayev də bildirib ki, ölkəyə idxal olunan, payı 35 %-dən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər. Odur ki, süni qiymət artımına imkan yoxdur".

Bu barədə "Sherg.az"a iqtisadçı ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, elə şərait var ki, qiymətləri çox basqıda saxlamaq da mümkün deyil və bu, əslində, yolverilməzdir:
"Odur ki, xüsusən, iqtisadi artımın inflyasiyaya təsir və təzyiq elementləri çərçivəyə alınacaq. Çünki bunda ehtiyatlı olmaq tələb edilir. Burada bir məsələyə də toxunum. Bayaq qeyd etdim ki, 2017-ci ildə 12,9 % inflyasiya baş vermişdi.
Lakin, ölkə iqtisadiyyatı əslində, 2017-ci ildə bərpa olundu. Yəni, tənəzzülün qarşısı alındı. Ancaq təkrar edirəm ki, bahalaşma həmin ildə də davam etdi və nəticədə, il 12,9%-lik inflyasiya ilə yekunlaşdı. Bu, əsas etibarilə idxalla bağlı idi. Belə ki, qeyd olunan ildə bir çox xarici təzyiqlər azalsa da, istehlak bazarımıza idxalın təzyiqi davam etdi və hətta, bir az artdı.
Odur ki, hesab edirəm, istehlak bazarının idxal mallarından asılılığı azaldılmaqda davam edərsə, yerli istehsal genişlənərsə, valyuta bazarımızda mövcud sabitlik də dayanıqlığını qoruyub saxlayarsa, heç bir bahalaşmadan söhbət gedə bilməz. Ümumiyyətlə, bu il ərzində kəskin qiymət artımları gözlənilmir".
Qeyd edək ki,Bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə əsassız şəkildə qiymə artımı ilə bağlı məlumatlar yayılır.Belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı