"Bu sərəncamla sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək" - Ekspert
07:58 26.02.2019
Arxiv
619
"Azərbaycan Prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək".
Bunu "Sherg.az"a iqtisadçı -ekspert Vüqar Bayramov bildirib.
O qeyd edib ki, bu və eləcə də əvvəlki artımlar ilə bağlı onlara daha çox ünvanlanan suallar içərsində əlliliə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırıldığı ilə bağlı sorğu daha çox qeyd olunur:
"Deyim ki, minimum pensiya artırıldıqdan sonra "Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb oldu. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Qeyd edim ki, əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, "Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə o zaman pensiya məbləğinin hansı məbləğ olmasından asılı olmayaraq 160 manata çatdırılacaq. Bu o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bud aha yüksək ola bilər. Buna görə də, öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımız onların aldıqları vəsaitin pensiya yoxsa müavinət olmasına diqqət yetirməkləri vacibdir".
"Bəs, fiziki imkanı məhdud olan şəxs hansı hallarda pensiya və sosial müavinət alır?" sualına gəlincə ekspert vurğulayıb ki, əmək pensiyası haqqında qanuna əsasən, əlilliyə görə, əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir:
"II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən həmçinin hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinat haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır".
V.Bayramov onu da əlavə edib ki, yeni sərəncam ilə fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib:
"Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərci ilə birlikdə 200 manat olacaq. Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncam ilə sosial müavinətlərin artımına ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və 577 min nəfəri əhatə edəcək".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi