Bu təşkilatlar Mehman məsələsini müsbət yöndə qabarda bilərdilər, amma... - Qərəz faktoru
10:13 09.01.2019
Arxiv
739
"Mehman Hüseynov hadisənin bu qədər şişirdilməsinin səbəbi bu işdə müxtəlif maraqların üst-üstə düşməsidir”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Ekspert bildirib ki, kiçik və əhəmiyyətsiz bir olayın qabardılmasında üç tərəfin marağı var:
"Birinci tərəf Azərbaycanın daxilində olan qüvvələrdir. Onların məqsədi xarici təşkilatlardan qrant almaqdır. Qrant almaq üçün isə nəsə iş gördüklərini sübut etməlidirlər. O baxımdan Mehman mövzusu onlar üçün göydəndüşmə oldu. Məsələni qabardaraq "insan hüquqları” ilə məşğul olduqlarını sübut etməyə çalışırlar. İkinci tərəf dünyadakı erməni lobbisi və diasporasıdır. Ermənilər daim fürsət gözləyirlər ki, Azərbaycanla bağlı hadisə baş versin və bunun ucundan tutub getsinlər. Hətta nəsə olmasa belə, qəsdən mövzu tapıb şişirdirlər və beynəlxalq aləmə təqdim edirlər. Üçüncü maraqlı qüvvə isə beynəlxalq mərkəzlərdir. Məsələ ondadır ki, 2018-ci ildə istər Avropada, istərsə də Amerikada demokratiyanı alt-üst edən çox ciddi hadisələr yaşandı. ABŞ-ın aparıcı jurnalistlərindən biri – Camal Qaşıqçı tikə-tikə doğranıldı və ölkənin rəhbərliyi bu məsələnin üzərindən çox səthi keçdi. Donald Tramp CNN kimi nüfuzlu bir media qurumunun üzərinə yeridi. Həmçinin, ölkə ərazisində 5 jurnalist qətlə yetirildi. Təkcə ABŞ-da deyil, Avropanın aparıcı ölkələrində, Fransada, Almaniyada, Avstriyada, Polşada media ilə bağlı ciddi problemlər ortaya çıxdı. Mehman kimi yüzlərlə hadisələr yaşandı. Ancaq heç bir qurum reaksiya vermədi”.
M.Ələsgərlinin sözlərinə görə, bir çox təşkilatlar illik hesabatlarını təqdim edirlər. O səbəbdən hesabata salmaq üçün müxtəlif materiallar axtarırlar:
"Təşkilatlar ABŞ-da, Avropada baş verən neqativ olayları qabarda bilmirlər. Çünki həmin dövlətlərdə fəaliyyət göstərirlər və onların maliyyəsini alırlar. Ona görə də çıxış yolunu uydurma hadisəni gündəmə daşımaqda görürlər. Məsələnin məğzi budur. Əslində beynəlxalq təşkilatlar Mehman Hüseynov məsələsini müsbət yöndə qabarda bilərdilər. Məsələn, deyərdilər ki, Azərbaycanda məhbusların hüquqları yüksək səviyyədə qorunur. Hətta könüllü olaraq bir gün yeməkdən imtina etmiş bir məhbusun belə hüquqları həssaslıqla qoruyur. Ancaq qərəz fakoruna görə, məsələni başqa konteksdə qiymətləndirirlər”.
Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm