Dövlət mülkiyyətçi olaraq qalıb, bu qurumlar ən azından uzunmüddətli icarə müqavilələri ilə özəl sektora icarəyə də verilə bilər
Büdcəni əlavə yükdən azad etmək lazımdır
09:22 23.02.2019
Arxiv
585
Optimallaşdırılma apararaq AZAL-ı "Azərsu"nu özəlləşdirməyə çıxarmaq olar
Dövlət mülkiyyətçi olaraq qalıb, bu qurumlar ən azından uzunmüddətli icarə müqavilələri ilə özəl sektora icarəyə də verilə bilər
Dövlət mülkiyyətçi olaraq qalıb, bu qurumlar ən azından uzunmüddətli icarə müqavilələri ilə özəl sektora icarəyə də verilə bilər
Azərbaycanda dövlətin nəzarətində olan təbii inhisar subyektlərinin özəlləşdirilməsi məsələsi illərdir müzakirə olunur. Xüsusilə kommunal xidmətlər və enerji sektorundakı belə müəssisələr ölkənin ən böyük dövlət şirkətləridir.
Bu qurumların səmərəsiz fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin açıqlamasına görə, səhmdar cəmiyyətlər hamısı birlikdə bu il büdcəyə cəmi 3,5 milyon manat vergi verəcəklər.
Q.Həsənquliyev özəlləşməsini istədiyi qurumların da adını çəkib: "Azəristilik”, "Azərsu” və s. kimi böyük xidmət sahələri, o cümlədən SOCAR və AZAL.
Problemin dəfələrlə gündəmə gətirildiyini vurğulayan iqtisadçı Natiq Cəfərli isə deyib ki, büdcədən dotasiya alan qurumların qeyri-rentabelli işləməsinin qarşısının alınması üçün əsas çıxış yollarından biri ya qismən, ya da tamamən özəlləşmədən keçir:
"Bunun da müxtəlif formaları var. Dövlət mülkiyyətçi olaraq qalıb, büdcəyə əlavə yük olan bu qurumlar ən azından uzunmüddətli icarə müqavilələri ilə özəl sektora icarəyə də verilə bilər. Bu da məqbul yollardan biridir”.
N.Cəfərli hesab edir ki, özəlləşdirmə şəffaf aparılarsa, bu, effektli ola bilər:
"Əslində dövlət müəssisələrinin maraqlı investorlar tərəfindən özəlləşdirilməsi iqtisadiyyatda pozitiv vəziyyət yarada bilər. O zaman ki, bu proses şəffaf aparılsın və rəqabətli mühitin yaranması üçün şərait yaradılsın. Çünki bu qurumlar özəlləşdirildikdə dövlətin ayırdığı dotasiya ləğv olunacaq. Dotasiyaların ləğv olunması isə büdcə yükünün azalmasına səbəb olacaq. Bu da dövlət büdcəsi nöqteyi-nəzərindən pozitivdir. Nəticədə isə bu idarəetmənin optimallaşdırılmasına gətirib çıxaracaq. Eyni zamanda kommunal xidmətin keyfiyyəti də artacaq.
Kommunal xidmət sahəsində fəaliyyət göstərən özəl şirkətlərlə bağladığı müqavilə fonunda hüquqları pozulan vətəndaş məhkəmələrə ürəklə gedəcək. Mövcud şəraitdə dövlət şirkətlərini məhkəməyə verib udmaq uzun və çətin prosesdir. Maraqlı tərəf kimi çıxış edən dövlət prosesi mürəkkəbləşdirir. Ancaq özəl şirkəti çox asanlıqla məhkəməyə verə bilərlər, bu da xidmətin keyfiyyətini yüksəldən amil olacaq.
Çünki vətəndaş dövlət şirkətləri ilə müqavilə bağlayarkən, həmişə vətəndaşın məsuliyyəti vurğulanır. Şirkətlərin məsuliyyəti isə göstərilmir. Ancaq özəl şirkətlər olacaqsa, vətəndaşlarla həmin kommunal xidmət şirkətləri arasında bağlanan müqavilələrdə şirkətin də məsuliyyəti qeyd olunur”.
N.Cəfərlinin sözlərinə görə, elə sahələr var ki, onların qismən özəlləşdirilməsi daha məqsədəuyğundur. Böyük sahəni əhatə edən "Azərenerji” həm də strateji məsələ olduğundan dövlət nəzarəti mütləqdir. Ötən il Mingəçevirdə baş verən hadisə göstərdi ki, ani bir nəzarətsizlik nəticəsində ölkə necə qaranlığa qərq olur.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi