“Bütün addımlarda əhalinin sosial vəziyyəti ön plana çəkilir” – Millət vəkili
12:01 27.02.2019
Arxiv
636
"Prezident İlham Əliyevin son vaxtlarda verdiyi sərəncamları çox yüksək qiymətləndirirəm”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Millət vəkili vurğulayıb ki, istər şəhid ailələri və müharibə veteranları ilə bağlı verilən qərarlar, istərsə də sosial müavinətlərin, maaş və təqaüdlərin artırılması olduqca təqdirəlayiq addımlardır:
"Dövlət başçısı ötən gün keçirilən müşavirədə bu cür islahatların davamlı olacağı anonsunu verdi. Bütün bunların hamısı Azərbaycan xalqının rifah halının yaxşılaşmasına hesablanıb. Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı faktoru dayanır.
Nə addım atılırsa, ilk növbədə insanlarımız nəzərdə tutulur, əhalinin sosial vəziyyəti ön plana çəkilir. Fikir verin, ölkədə elə bir sahə, elə bir təbəqə qalmayıb ki, Prezident onlarla bağlı Sərəncam verməsin və artım olmasın.
Dövlət başçısının qərarları yüz minlərlə insanımızı əhatə edir. Ona görə də bu istiqamətdə görülən işlərin hamısını yüksək qiymətləndirirəm. Əsas məsələ odur ki, tədbirlər kampaniya xarakterli deyil, davamlı olacaq. Nəticədə insanlarımızın daha yaxşı yaşaması üçün şərait yaradılacaq”.
Parlament üzvü dövlət başçısının çoxmənzilli binaların sənədləşməsi ilə bağlı verdiyi Sərəncamı da şərh edib:
"Vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi. Prezident İlham Əliyev bu problemin həlli üçün də göstəriş verdi və Sərəncam imzaladı. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır ki, bu da hardasa 300-400 min arası insan deməkdir. Yəni çox ciddi rəqəmdir. Bu qərarın özü Prezidentin ölkə vətəndaşlarına böyük diqqətinin və qayğısının mühüm təzahürüdür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi