"Canlı bomba ilə üz-üzə gəldim"

Jurnalist gizləndikləri şkafın içində həyat yoldaşına sarılıb öpüb


İstanbulda Atatürk hava limanında yaşanan qorxunc hücumdan sağ qalmağı bacaran İraq əslli ABŞ-lı jurnalist dəhşətli anlarda terrorçulardan biriylə üz-üzə gəldiyini deyir.

Bal ayı üçün Türkiyədə olan 36 yaşlı Steven Nabil və həyat yoldaşı Nyu Yorka dönmək üzrəykən Atatürk hava limanındakı hücumun tam ortasında qalıb. İngilis "Daily Mail" qəzetində yer alan xəbərə görə, İraq əslli ABŞ-lı jurnalist Nabil, silah səslərini eşitdiyi zaman həyat yoldaşının yanında olmadığını, pizza almaq üçün getdiyi, üçüncü mərtəbədə bir kafenin nərdivanlarında olduğunu söylədi.

Dərhal geri dönüb həyat yoldaşının yanına qaçan Nabil, tam o zaman terrorçuların üzərlərinə güllə yağdırıldığını və 3 terrorçudan biriylə üz-üzə gəldiklərini söyləyir. Nabil, güllə yağışından qaçmağı bacardıqlarını, ancaq həyat yoldaşının çiyinindən vurulduğunu deyir. 
Həyat yoldaşını qucağında daşıyan ABŞ-lı jurnalist sığınmaq üçün bir şkaf tapdıqlarını və 45 dəqiqə  çarəsiz burada gözlədiklərini bildirir: "Elə bil oturan ördəklər kimiydik. 45 dəqiqə boyunca bəzilərinin bizi tapmasını gözlədik, qapını kimin açacağını bilmədən silah səsləri yaxınlaşdıqca həyat yoldaşıma sarılıb öpürdüm" deyə qanlı hadisəni anladır.