Ceyms Uorlikin müsahibəsini Rusiya təşkil edib
08:11 02.03.2019
Arxiv
698
Məqsəd tərəflərə “Lavrov planı”nı qəbul etdirməkdir
"ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik Kremlin göstərişi ilə danışır”.
Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, sabiq amerikalı həmsədri Ceyms Uorlik müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanların açıldığını qeyd edib: "Onun fikrincə, Rusiya problemin həllində maraqlıdır. Amma Uorlik ABŞ-ın və "Bolton” planının adını çəkmir. Sabiq həmsədr Rusiya və "Lavrov” planın üzərində dayanmaqla ABŞ-ı görməzdən gəlir. Halbuki, münaqişənin həllində Vaşinqton daha çox maraqlıdır. Kremlin Ceyms Uorlikin müsahibəsini təşkil etməkdə məqsədi "Lavrov planı”nı qəbul etdirməkdən ibarətdir.
Uorlik "Lavrov” planının masada olduğunu vurğulayır. Sabiq həmsədr hazırda Rusiyanın hüquq firmasında çalışır və ruslarla dostluq əlaqələrinə malikdir. Təbii ki, o, Rusiyanın mövqeyini və irəli sürülən şərtləri müdafiə edəcək. Yəni Uorlik müsahibəsində səmimi deyil. O, çox yaxşı bilir ki, Rusiya konfliktin həllində maraqlı deyil. Moskva yalnız öz maraqları kontekstində münaqişənin həllinə yanaşır. Məhz "Lavrov” planı buna əsaslanır”.
Analitik bildirib ki, Azərbaycan öz maraqlarına uyğun olmayan, xüsusi ilə BMT qətnamələrinə əsaslanmayan "Lavrov” və ya "Kazan” formulunu qəbul etməyəcək: "Hazırda Rusiya danışıqları öz moderatorluğuna qaytarmaq və "Lavrov planı”nı yenidən ortaya çıxarmaqla Ceyms Uorlikin müsahibəsin təşkil etdirib. Uorlik Kremlin mesajlarını çatdırır və imkanın açılmasını vurğulamaqla, bu imkanların Moskvada olduğunu önə çəkir. Yaxşı olardı ki, Uorlik öz ölkəsinin vasitəçiliyindən danışsın”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya