Ceyranbatanda "Opel" yanıb





Abşeron rayonunun Ceyranbatan qəsəbəsində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.