Gənc yazarlar hesab edir ki, detektiv yazıçı çox ağır yükün altına girib
Çingiz Abdullayev dünyadakı terror hadisələri, İŞİD, "Əl-Qaidə” kimi təşkilatlar haqqında roman yazmağa hazırlaşır.
Bu barədə Kulis.az-a açıqlamasında Xalq yazıçısının özü bildirib. Lakin yazıçı romanının adını hələ müəyyənləşdirməyib. Əsərdəki yazıçı əsərin ideyası isə Parisdəki terror hadisəsindən əvvəl yaranıb. Məlumat üçün qeyd edək ki, kitab yaxın üç ay müddətinə hazır olacaq. Roman iki dildə nəşr edək. Yeni kitabım Rusiyada və Azərbaycanda eyni vaxtda çapdan çıxacaq. Yazıçı Aqşin Yeniseyin fikrincə, yazıçı həmkarının terror təşkilatları, xüsusən də "İŞİD” haqqında üç ay müddətində roman yazması əsl detektivlərə xas olan bir zirəylikdən xəbər verir: "Amma düşünmürəm ki, bu roman məlumatlı oxucular üçün maraqlı olacaq. Çünki İŞİD-in ideologiyasını açmaq üçün orta əsrlər Orta Şərqdə baş verən təriqətlərarası münasibətləri, mötəzililər, hənbəlilər, hənəfilər, hülulilər, şəfailər və s. arasında gedən dini qırğınları dərindən bilmək lazımdır. Bunun ən yaxşı xristian variantını Umberto Eko "Qızılgülün adı” romanında yazıb. İŞİD yalnız adamların başını kəsən muzdlu müsəlman cinayətkarları deyil. Bu təşkilat orta əsrlərdə genişlənən islam hərəkatının növbəti ideoloji oyanışıdır”.
A.Yenisey Çingiz Abdullayevi adi kriminalist süjetlər uyduran bir detektiv yazıçı hesab edərək belə qısa müddət ərzində bu ideologiyanın nəzəri əsaslarını mənimsəmək, üstəgəl, romanını yazmağına inanmır: "Yəqin ki, bu roman başdan-başa İŞİD-in və digər müsəlman terror təşkilatlarının törətdiyi gündəlik edamların, terraktların xronoloji hekayəti olacaq ki, belə xəbərlərə, görüntülərə də hər gün rast gəlirik. Bütün hallarda yazıçımıza uğurlar arzulayıram”. Kulis.az saytının baş redaktoru Qan Turalı isə azərbaycanlı yazıçının terror hadisələrinə belə reaksiya verərək roman yazmağını təqdirəlayiq hal kimi qiymətləndirir: "Çünki dünya miqyasında milli yazıçının belə əsər ortaya çıxarmaq istəyi yaxşıdır. Digər tərəfdən terror hadisələrinə qərb baxışı ilə baxırıq. Həmçinin Avropanın islamafobiya kimi məsələlər yaranır”.
Ədəbi mühit nümayəndəsinin qənaətincə, Ç.Abdullayev belə bir yükün altından çıxa bilməyəcək: Çünki o, yaradıcılıq spektri baxımından dahiyanə və dərin adam deyil. Həm də yaradıcılıq baxımdan daha çox detektiv janrının fövqündə dayanan bir şeydir. Lakin buna baxmayaraq yazıçıya uğurlar arzu edirəm”. Yazıçının digər həmkar yoldaşı Etimad Başkeçid isə yazçı qoluna qüvvət dilədi: "Yazıçı istənilən mövzu üzrə əsər yaza bilər. Bu, yazıçının istəyindən asılıdır”.
Vüqar Şahinoğlu