Daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb
08:14 23.10.2018
Arxiv
597
Azərbaycan Prezident İlham Əliyevin 19 mart 2018-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar əvvəllər itkin düşmüş yaxınları barədə müəyyən səbəblərə görə bilərəkdən məlumat verməyən şəxslər hazırda sir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına çoxsaylı müraciətlər edirlər.
Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, müraciətlər Komissiyanın İşçi qrupu tərəfindən diqqətlə öyrənilərək araşdırılır və görülmüş işlər barədə vətəndaşlar məlumatlandırılır. Bu səbəbdən son aylar ərzində əlavə olaraq 13 nəfərin qeydiyyatdan kənarda qalması faktı aşkarlanaraq itkin düşmüş şəxs kimi Komissiyada qeydiyyata alınıb. Həmin şəxslər intensiv hərbi əməliyyatların getdiyi 1992-1993-cü illərdə itkin düşmüş Azərbaycan vətəndaşlarıdır. Hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçir.
Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid siyahının dəqiqləşməsi işi yekunlaşdıqdan sonra hazırda əsir və girovluqdan azad edilmiş şəxslərə aid siyahının dəqiqləşməsi işi aparılır. Araşdırmaların gedişində əsir-girovluqda olması və azad edilməsi faktı aşkarlanmış şəxslər müəyyənləşərək müvafiq qaydada qeydiyyata alınıb. Beləliklə, girovluqdan azad edilmiş şəxslərin sayı artaraq 1480 nəfər təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət