Daha bir qonşu ölkənin pulu ucuzlaşmağa başladı




Gürcüstanın milli valyutası lari də ucuzlaşıb.
Axar.az xəbər verir ki, Gürcüstan milli pulu dollara nisbətdə 7 tetri ucuzlaşaraq 2,60 lariyə enib. Avro isə 2,96 lari olub.

Qeyd edək ki, bu gün səhər saatlarında 1 dollar 2,53, 1 avro isə 2,90 lari idi.