Daha bir şəhidimiz Bakıda torpağa tapşırılıb
09:14 05.04.2016
Arxiv
477
Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Müşviq Arif oğlu Orucov bu gün dəfn edilib.
APA-nın məlumatına görə, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib.
Şəhid Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Mərasimdə Zəngilan və Xətai rayon icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin zabitləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.
Sonra 3 dəfə yaylım atəşi açılıb.
Mərasimdə "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.
Şəhid artası Arif Orucov qəhrəman oğlu ilə fəxr etdiyini deyib: "Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi. Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və şəhidlərimizin qanı yerdə qalmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm