Deputat "Azerspace-2” peykindən danışdı: "Kosmik sənayenin inkişafı..."





" "Azerspace-2” peykinin orbitə buraxılması çox əlamətdar hadisədir. Rəmzi mənada 3 -cü peyk AXC -nin 100 illiyinə həsr edilir".

Bunu "Sherg.az"a Azərbaycanın üçüncü peyki – "Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılmasına münasibət bildirərkən millət vəkili Tahir Mirkişili deyib. 

Parlamentarinin sözlərinə görə, kosmik sənayenin inkişaf etdirilməsi iqtisadi cəhətdən ölkəmizə fayda gətirir:

" Xidmətlər ixrac edirik. Texnoloji baxımdan bu peyklər ölkəmizdə İKT- nin inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bütün bunlar isə dövlətimizin güclənməsinə ve texnoloji cəhətdən daha da müasirləşməsinə böyük dəstəkdir".

Qeyd edək ki, bu gün Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.Məlumata görə, "Azerspace-2” orbitə "Ariane 5” daşıyıcı raketlə göndərilib. "Ariane 5” yubiley - 100-cü buraxılışında "Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus "Horizons 3e” peykini də orbitə çatdırıb. "Azerspace-2” peykinin siqnalı Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Peyk orbitdə ən azı 15 il qalacaq.

Ayyət Əhməd