Deputat Bolqatıstanda Xocalıya həsr olunan anım mərasiminə qatılıb




26 fevral 2019-cu il tarixdə Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib.

"Sherg.az" xəbər verir ki, anım mərasimi Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil olunub. Mərasimdə Bolqarıstanın dövlət və özəl qurumları, mediya nümayyəndələri, diplomatik korpusun nümayyəndələri və digər qonaqlar iştirak ediblər. 

Bolqarıstan ictimayyətini Xocalı soyqrımı ilə daha yaxından məlumatlandırmaq məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən Hərbi kulubda Azərbaycan Dövlət Pontomima Teatrının trubbası tərəfindən "Xocalı-bu olub” tamaşası göstərilib.