Deputat Prezidentdən xahiş etdi: “Növbəti amnistiya aktı qəbul olunsun”





Milli Məclisin yaz sessiyasının ilk iclasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov Prezident İlham Əliyevdən növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edirib. 
"Sherg.az"-ın xəbərinə görə deputat deyib ki, bu il həm də Heydər Əliyevin anadan olmasının 95 illiyidir: 

"Bu gün qeyd edilməlidir. İndiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verilib. Mən Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edirəm. 

Bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik ildönümdür”.

Anar