Deputatlar Həsən Ruhanini parlamentə çağırdı: iqtisadi çətinliklərlə bağlı suallar...





Bu gün İranda deputatlar prezident Həsən Ruhanini parlamentə çağırıb. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, deputatlar H.Ruhaniyə ABŞ- ın İrana qarşı sanksiyalarının bərpasından sonra ölkədə yaranmış iqtisadi çətinliklə bağlı suallar ünvanayacaqlar: 

"İlk dəfə olaraq parlament nümayəndələri mülayim lider kimi tanınan Həsən Ruhanini  Tehran və Vaşinqton arasındakı əlaqələrin pisləşməsi və ölkənin artan iqtisadi çətinlikləri fonunda öz hökumətini islah etməyə çağırdı. Parlament üzvləri H. Ruhaniyə aprel ayından etibarən dəyərinin yarıdan çoxunu itirmiş İran rialının eləcə də, zəif iqtisadi artımın və artan işsizliyə dair suallar ünvanlamaq  niyyətindədirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin may ayında 2015-ci ildə əldə edilən İranın nüvə razılaşmasından çıxmağı və İrana qarşı sanksiyaların bərpa edilməsini qərarlaşdırdı. Avqustun  əvvəlindən bərpa edilmiş ilk sanksiyalar qrupu, qızıl və qiymətli metal ticarətini, bazarlarda və avtomobil sənayesində dolların alışını hədəfləyir.

Tərcümə etdi: Ayyət ƏHMƏD