Dilqəm və Şahbaz iki erməni diversantla dəyişdirilə bilər







Əgər beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəfi razılığa
gəlsələr, bu, mümkündür

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət edilib”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ.Axundov bildirib ki, Azərbaycanda saxlanılan erməni diversantların girovlarımızla dəyişdirilməsi məsələsinə baxıla bilər. Məlumat üçün deyək ki, Azərbaycanda hazırda Arsen Baqdasaryan və Zaver Karapetyan adlı 2 erməni diversant saxlanılır. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Uzun müddətdir Avropada, beynəlxalq təşkilatlar çərçivəsində girovlarımızın azad edilməsi istiqamətində gərgin iş aparan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq”ə açıqlamasında deyib ki, hüquq adamı kimi onun əsas işi iki mülki vətəndaşın erməni girovluğundan azad edilməsidir. Ekspertin sözlərinə görə, keçirdiyi bütün görüşlərdə Dilqəm və Şahbazın qeyd-şərtsiz azadlığa buraxılmasını müzakirə edir: 

"Çalışmışıq ki, beynəlxalq təşkilatlar rəsmi İrəvana bu istiqamətdə təzyiq göstərsinlər. Çünki mülki vətəndaşların münaqişə zonalarında əsir və girov götürülməsi Cenevrə Konvensiyasına ziddir. Hər zaman bu məsələni qabartmışıq və bundan sonra da fəaliyyətimiz əsasən bu yöndə olacaq. Dövlət Komissiyası rəsmisinin girovları erməni diversantlara dəyişməsi məsələsi bizim missiyamıza daxil deyil. Əgər beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəfləri razılığa gəlsələr və erməni diversantlarla dəyişdirilmə baş tutsa, əlbəttə ki, bunu müsbət dəyərləndirərik. Bizim əsas istəyimiz hər bir Azərbaycan vətəndaşı kimi girovlarımızın tezliklə sağ-salamat Azərbaycana qaytarılmasıdır. Biz onların hüquqlarını sonuna qədər müdafiə edəcəyik. Dövlətimiz bu istiqamətdə bütün mümkün addımları atır. Bu çərçivədə dəyişdirilmə də müzakirə predmeti ola bilər. Yenə deyirəm, dəyişdirmə məsələsi müvafiq dövlət qurumlarının səlahiyyətinə aiddir. Bu məsələdə mənim şərh verməyim düzgün olmaz”.

İsmayıl