Dişlərimiz niyə çürüyür ? - İzah

Zəlimxan Məmmədli: "Bədəndə müxtəlif maddələrin çatışmazlığı baş verdikdə, orqanizm "depo" kimi oynaqlardan, sümükdən, dişdən istifadə edir"



"Kariyes ağız boşluğu xəstəliklərinin ən geniş yayılanıdır. Bu xəstəliyin səbəbləri genetik, coğrafi amillər, qidalanma, bədənin immun sistemi, ekologiya və s. ola bilər”.

Bunu "Sherg.az”a insanların diş probleminin səbəblərindən danışarkən həkim Zəlimxan Məmmədli deyib. O bildirib ki, son zamanlar Azərbaycanda ekologiya nəzarətsizdir:

"Hətta bəzən heyvana verilməyən qidalar, insanlar üçün təqdim edilir. Bu qida ilə qidalanan insan orqanizmində mənfi dəyişikliklər baş qaldırır. İmmun sistemi aşağı düşür. Bədəndə müxtəlif maddələrin çatışmazlığı baş verdikdə, orqanizm "depo" kimi oynaqlardan, sümükdən, dişdən istifadə edir. Xaricdən daxil olan qidalar bədənin tələbatını ödəmədikdə öz "anbarından” istifadə edir. Ona görə, orqanizmdə xroniki, infeksion xəstəliklərə, ağız boşluğu problemlərinə tutulma riskini artırır.

Cəmiyyətin özündə kütləvi psixoloji durumun hansı həddə olması da sağlamlığa təsir göstərir. Təsəvvür edin, anidən Xankəndini işğaldan azad edirik, bayrağımız orda dalğalanır. İnsanların sevincini düşünə bilirsinizmi? Gerçəklik odur ki, toplumsal məyusluq var, psixoloji durum qəmgindir.

Bütün xəstəliklərin təməli dində də deyildiyi ki, soyuq, düzgün qidalanmamaq və sinir sistemidir. Bizdə 3 səbəbin hər üçü cəmiyyətimizdə mövcuddur.

Hər bir fərd sağlıq qurumunun qoruyucusu qismində, dövləti, sığorta sistemini görməlidir, sağlıq durumunda problem yarananda güvəndə olmalıdır. Azərbaycanda yaxşı səhiyyə mexanizmi yoxdur. Pulun varsa, bu işə düşəcək, yoxdursa, problem qalacaq”.

Aysel Aslan