Donald Tramp erməni lobbisini sıxışdırmağa başlayıb
18:23 23.07.2018
Arxiv
738
Piter Teys: "ABŞ prezidenti Azərbaycanla ticarət, mədəniyyət və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"
ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında həftənin əvvəlində baş tutan görüşün əks-sədası hələ də səngimir. Günlər getdikcə Qərb KİV-də bu görüşə dair yeni məlumatlar ortaya çıxır.
Bəs bu görüşün Cənubi Qafqaza, həmçinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsiri olacaqmı? Sputnik Azərbaycan bu suallar amerikalı politoloq Piter Teysə müraciət edib.
Prezidentlərin Helsinki görüşünün Cənubi Qafqaza təsirindən danışan Teys bildirib ki, prezident Tramp Azərbaycan Respublikası ilə ticarət, mədəniyyət və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcək:
"Hazırda Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaldacaq qanun layihələri qəbul edir. Prezident Trampı erməni lobbisi də daxil olmaqla, bir sıra müxtəlif lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirinin azaldılması istiqamətində gördüyü işlərə görə alqışlamaq lazımdır".
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, politoloq düşünür ki, yaxın gələcəkdə danışıqlar daha da intensivləşəcək və Azərbaycanın ərazi bütövlüyü zəmanət altına alınacaq: "Bundan əlavə, ATƏT-in Minsk Qrupunun səlahiyyətləri ya genişləndiriləcək, ya da bu proses öz fəaliyyətini dayandıracaq".
"Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildən bəri münaqişənin həllində heç bir irəliləyişə nail ola bilməyib. Minsk Qrupunun həmsədrləri əksər hallarda hər hansı bir konkret mövqe və məqsəd olmadan regiona səfər edərək Ermənistan və Azərbaycanın vergi ödəyicilərinin pullarını xərcləyirlər" — Teys vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət