Donald Tramp: Putinlə görüşdə “heç nəyi qurban verməmişəm”
19:52 23.07.2018
Arxiv
636
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşdə "heç nəyi qurban vermədiyini” bildirib.
Bu gün yazdığı tvitdə Tramp bir daha Putinlə "yaxşı yola getdiklərini” və bunun "yaxşı şey” olduğunu təkrar edib. O, öz sözlərinə görə "korrupsioner medianı” bu sammiti mənfi çalarlarla işıqlandırmaqda ittiham edib.
Putin və başqa rusiyalı rəsmilər iddia edirlər ki, Tramp və Putin iyulun 16-da Helsinkidə keçirilən sammitdə bir neçə razılıq əldə edib.
ABŞ rəsmiləri bu görüş zamanı hər hansısa razılaşma əldə edildiyi barədə heç nə deməyib.
"Siz Saxta Xəbərlərin mənim prezident Putinlə görüşüm barədə neqativ məlumatlarını, mənim bütün qurban verdiklərim barədə eşidəndə, yadda saxlayın ki, mən HEÇ NƏDƏ güzəştə getməmişəm. Biz əslində ölkələrimiz üçün gələcək faydalar barədə söhbət etmişik”.
Bundan əvvəl Tramp ABŞ kəşfiyyatının Rusiyanın seçki müdaxiləsinə dair öncə verdiyi bəyanatla ziddiyyət təşkil edən fikirlər yazıb.
Tramp yazıb ki, onun xələfi – prezident Barack Obama Rusiyanın seçki müdaxiləsi barədə 2016-cı ilin noyabrından əvvəl bilib.
"Onda o niyə bizim kampaniyaya bu barədə heç nə deməyib? Çünki bütün bunlar böyük bir uydurmadır”.
Bunun ardınca Ağ Evin sözçüsü prezidentin tvitinə aydınlıq gətirərək deyib ki, o, Rusiyanın seçki müdaxiləsini yox, özünün Rusiya ilə hər hansı sövdələşməsinin olmadığını nəzərdə tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya