Dövlət qulluğuna qəbul olmaq istəyənlər bu gün test imtahanı verir




Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-in saytı bildirir ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahanı DİM-in saytında canlı izləmək mümkündür.