“Dövlətimizin sosial siyasətinin ana xəttini Azərbaycan vətəndaşı təşkil edir” – Millət vəkili





"Cənab Prezident İlham Əliyevin yanında keçirilən müşavirə və söylədiyi nitqi bir daha təsdiq etdi ki, dövlətimiz sosial qayğıya ehtiyacı olan bütün təbəqələrin yanındadır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Azərbaycanda heç bir kəs diqqətdən kənarda qalmır: 

"Bir daha aydın oldu ki, ölkəmizdə dövlətimizin sosial siyasətinin ana xəttini Azərbaycan vətəndaşı təşkil edir. Dövlətimiz hər şeyi bilir və onların həlli yolunda öz işini görür”.

İsmayıl