Qadının düşüncəsizliyi, “eşqimi tapmışam” kimi yalanlarla özünü aldatması, bir insanın həyatına son qoydu
Döyüb öldürdülər
09:04 23.10.2018
Arxiv
843
Əmisi oğlunun arvadını qaçıran şəxs qətlə yetirilib
Qadının düşüncəsizliyi, “eşqimi tapmışam” kimi yalanlarla özünü aldatması, bir insanın həyatına son qoydu
Qadının düşüncəsizliyi, “eşqimi tapmışam” kimi yalanlarla özünü aldatması, bir insanın həyatına son qoydu
Qubada əmisi oğlunun arvadını qaçıran şəxs qətlə yetirilib. Oktyabrın 19-da Elşad Əsədov Aynur Əsədovanı qaçırdığı üçün dünən qadının yaxın qohumları tərəfindən döyülüb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Qeyd edək ki, A.Əsədova evdən qohumugilə getmək adı ilə çıxıb və E.Əsədovla görüşərək avtovağzala gəliblər. Taksi ilə Bakıya gələrək Bakıxanov qəsəbəsində kirayə ev tutub birlikdə yaşayıblar. Qadın daha sonra ərinə zəng edərək sevdiyinə qovuşduğunu və onunla xaricə gedəcəyini bildirib.
Baş verənlər ictimaiyyət tərəfindən olduqca sərt reaksiyalara səbəb olub.
Bəziləri birlikdə qaçan qadın və kişini günahkar bilsələr də, bir qrup şəxs günahın məhz qadının ərində olduğunu düşünür. Onların fikrincə, qadın ərindən çəkinmədiyi üçün bu cür rahat addım ata bilib. Sözsüz ki, baş verənlər cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin sarsılmasına şərait yaradır. Bəs, sonu faciə ilə bitən hadisədə əsas günahkar kimdir?
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında qoşulub qaçan hər iki şəxsin günahkar olduğunu deyib: "Adətən qadın hüquqlarını müdafiə etməyə öyrəşmişik. Qadınlar haqqında belə bir fikir formalaşıb ki, hansısa kişinin şiddətə uğraması bizi o qədər də incitmir. Onlar biri-birinə qoşulub qaçıblarsa, bu, ortaq alınmış bir qərardır. Nə qadın, nə kişi bu məsələdə günahsız deyil.
Qadın nəyə görə ailəsindən imtina edib və evli olduğu halda ərinin qohumu ilə qaçıb - bunlar tamamilə ailədaxili problemlərdir, biz buna qarışa bilmərik. Bizi maraqlandıran məsələ hadisənin mənəvi-psixoloji tərəfləridir. Qadının cəsarətinə, etinasızlığına baxın ki, başqa kişi ilə qoşulub qaçır və ərinə zəng edib deyir ki, "mən öz sevgimi tapmışam”. Qadın hüquqlarını müdafə edən həmkarlarımız, hüquqşünaslarımız və feministlər var ki, bu hadisənin fonunda onlardan rəy alsaq, yenə də qadını haqlı hesab edəcəklər”.
L.Mehralının fikrincə, bir qadının şəxsi həyatına müdaxilə etmək olmaz. Lakin yalnız subay qadının şəxsi həyatı ola bilər:
"Ərinin qohumu ilə qaçan qadın evlidir, onun şəxsi həyatı deyə bir anlayış yoxdur, yoldaşı ilə ortaq həyatı var. Sən ailəlisən, hansısa kişinin həyat yoldaşısan, o kişinin namusunu 2 qəpiklik etməyə də ixtiyarın yoxdur. Əgər sevgini tapmısansa, əvvəlcə məhkəmə yolu ilə normal qaydada boşan, ondan sonra öz sevginin arxasınca get.
Görün qadının düşüncəsizliyi, "eşqimi tapmışam” kimi yalanlarla özünü aldatması, bir insanın həyatına son qoydu. O insan başqalarının əli ilə öldü, amma səbəbkar kimdir? Təbii ki, özü və ona qoşulub qaçan qadın.
Bu hadisə cəmiyyətə nə verdi və nə aldı? Belə hadisələr bizim insafımızı, mərhəmətimizi əlimizdən alır. Onu döyən kişilərin əksəriyyəti bəlkə heç toyuq da kəsə bilmir. Mənəvi dəyərləri nə qədər aşındırıblar ki, canlıya qıya bilməyən insanlar döyə-döyə adam öldürə bilirlər. Onların elədikləri cinayətdir, bunun fərqində olublar. Görün bu cür hərəkət insanların gözünü necə döndürüb ki, fərqində olaraq bir insanı qətlə yetiriblər. İnsanların dayandığı bir qırmızı xətt var.
O xəttə qədər dözürlər, amma həmin xəttə toxunanda hər şey qarışır. İnsanları bu həddə çatdırmaq lazım deyil. Hər məsələnin qanuni yolu var. Burda əxlaqi məsələlər var. İnsan öz iffəti, namusu ilə baş-başa qalanda bunun hansı dərəcədə səhv addım olduğunun fərqinə varır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət