DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib
11:23 06.07.2020
Arxiv
1361
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bununla bağlı DTX məlumat yayıb.
Bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək, elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı yaxınlığında neft tankeri vurulub
21:22 07.07.2026
Dünya
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm