Dünyanın ən tüklü qadını ərə getdi - FOTO

Dünyanın ən tüklü qadını sayılan Sumatra Susufan ailə həyatı qurub.
"Ölkə.Az" xəbər verir ki, Sumatra hər gün müntəzəm olaraq üzünü qırxır.
Sumatra 2010-cu ildə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Susufanın ilk fotoları sosial şəbəkədə şok effekti yaratmışdı. Gənc qadın saç uzanmasına səbəb olan "Ambras" sindromundan əziyyət çəkir.
Uşaq yaşlarında lazer şüası ilə müalicə alsa da, Sumatranın tükləri uzanmağa davam edib. Onun atası Samrerng qızının vəziyyətinin yaxşılaşmadığını, amma müntəzəm olaraq üzünü qırxdığını bildirib.
Sumatra "Facebook" səhifəsində ailə qurduğunu və çox xoşbəxt olduğunu bildirib.