Dünyanının ən nəhəng BAL ARISI... - Rekord boy həddi - Fotolar +Video

Dünyanının ən böyük bal arısı İndoneziyada tapılıb.
"Sherg.Az” "sciencesetavenir.fr” (elm və gələcək)saytına istinadən xəbər verir ki, bu bal arısı son 30 ildən artıqdır ki, rast gəlinən ən böyük arılardan biridir.
Qapqara rəngdə olan Valas cinsli bal arısı insanın baş barmağı uzunluqdadır. Tədqiqatçılar onu ötən həftənin cümə axşamı aşkar ediblər. Bu arını Kley Bolt adlı fotoqraf İndoneziyanın Şimali Moluq adasında olarkən tropik bir meşədə arı pətəyinin üstündə görür və dərhal fotosunu çəkir.
Fotoqraf qeyd edib ki, belə nəhəng və sevimli arı növünü görmək insan üçün inanılmazdır.
Məlumatda qeyd olunub ki, bu böyüklüdə arı ilk dəfə 1858-ci ildə britaniyalı Alfred Rusel Valas tərəfindən aşkarlanıb. Bu arı 4-6 sm arasında olub və o, normal arılardan 4 dəfə böyük olub. Bundan 1əsr sonra 1981-ci ildə də bir antomoloq Şimali Moluqda yenidən bu böyüklükdə arıya rast gəlib və onun fotosunu çəkib. 30 ildən sonra rast gəlinən hazırkı bal arısının ölçüsü 6, 3 sm-dir.
Prinkton Universitetinin entomoloqu Eli Vyman bəyan edib ki, bu arı növü bu sahədə yeni tədqiqatların aparılmasını zəruri edir.
Onu da qeyd edək ki, son rast gəlinən nəhəng bal arısı hazırda Sidney Universitetində qorunur.
Video:
Tərcümə etdi: Ayyət ƏHMƏD