Əflatun Amaşov: “Xalq əfv etməyi bacaran Prezidentinin yanındadır”
10:45 18.03.2019
Arxiv
607
"Prezident cənab İlham Əliyevə imzaladığı əfv Sərəncamına görə dərin təşəkkürümü bildirirəm”.
"Sherg.az”ın məlumatına görə, bu barədə millət vəkili, Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov feysbuk profilində yazıb.
Deputat qeyd edib ki, Sərəncam dövlət başçısının vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyinin növbəti bariz nümunəsidir:
"Çox şadam ki, bu nümunənin şamil olunduğu şəxslər sırasında jurnalistlər və blogerlər də var. Onların dövlətimizin bu nəcib təşəbbüsündən faydalanmaları sevindiricidir. Hər birini təbrik edir, uğurlar arzulayıram. Uca Tanrı yollarını açıq eləsin! Əfv Sərəncamı Prezidentin böyük islahat planının mühüm tərkib hissəsidir.
Bu islahatçılıqda müstəsna idarəçilik təcrübəsi, incə duyum, həssaslıqla yanaşı böyüklük var. Cənab İlham Əliyev böyük adamdır. Böyük liderdir, çünki bağışlamağı, bağışlayaraq barış mühiti yaratmağı bacarandır. O, bağışlanmaq üçün uzanan əli sıxan, bağışlamağı, dövlət siyasətinə çevirən böyükdür. Sərəncam 2003-cü ildən bəri sayca 33-cü əfv sənədidir. Sərəncam ümumilikdə 430-dan artıq insanı əhatə etməsi ilə diqqət çəkir. Həqiqətən sıradan məsələ deyil. İzləyirəm, nə qədər vətəndaşımız öz sevincini bölüşür, nə qədəri qohumunun, tanışının, əzizinin sevincinə şərik çıxır. Cəmiyyətin elə bir təbəqəsinin təmsilçisi yoxdur ki, bu Sərəncamın sevincini bu və ya digər dərəcədə hiss etməsin, yaşamasın. Bağışlamağı bacaran adam qorxmazdır, heç bir qüvvənin onu yolundan döndərə bilməyəcəyi qətiyyətli simadır. İlham Əliyev qətiyyətli və prinsipial olduğunu hər zaman nümayiş etdirib. Özü də konkret əməlləri ilə. O əməllərlə ki, onlar daim tarixdə qalacaq, müasir müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras irs kimi yaşadacaqdır. Bunu görməyənlər, yaxud görmək istəməyənlər də var. Baxıram ki, bu adamlar əfv Sərəncamına siyasi təfəkkürlərinin mücərrəd guşəsindən boylanaraq fikir bildirir, baxışlarına konspirologik libas geyindirərək cılız mahiyyətlərini ortaya qoyurlar”.
MŞ rəhbəri bildirib ki, siyasətin rəngi yoxdur, sarı rəngi heç yoxdur:
"Sarılığa bələnib ətrafı sarı rəngdə görən siyasi xəstə var. Xəstə hərəkətindən, davranışından zəhər, nifrət, kin-küdurət saçır. 14 il ərzində mahiyyətinə hakim kəsilmiş bu keyfiyyətləri bəsləyərək siyasi klounluq nöqtəsinə çatdırıb. Məhşur «Xaç atası» romanı əsasında cizgi filmi çəkilsə, yaxşı halda orada rol ala bilmək səviyyəsindədir. Beləsinin hansı təfəkkürü, hansı örnək xüsusiyyəti var ki, cəmiyyətdə qəbul edilsin? Azərbaycan 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici dairələrin minlərlə təzyiqini dəf edib, onların qurduqları minlərlə oyunu pozub. Təzyiqlərə sinə gərmək Azərbaycan dövlətinin varlıq immunitetidir. Bu isə xalqın dəstəyinə, gücünə söykənən reallıqdır. Reallığımızda siyasi oyunbazlara yer olmayıb və olmayacaq da. Heç bir qüvvənin gücü çatmaz ki, ölkəmizdə xalqın iradəsinə zidd vəziyyət formalaşdırsın. Xalq öz liderinin, bağışlamağı, əfv etməyi bacaran böyük adamının - Prezident İlham Əliyevin yanındadır. O, xalqın etimadını zəhməti, gərgin əməyi nəticəsində qazanıb. Müqəddəs Novruz bayramı ərəfəsində imzaladığı əfv Sərəncamı dövlət başçısının bu bayramın ruhuna verdiyi müstəsna dəyərdir. Novruz dirilişdir, oyanışıdır, yeni gün, yeni sabahlar üçün enerjidir. Novruzdan ən böyük təbrik payı bu enerjiyə, diriliş və oyanış ovqatına yeni rəng qatan Prezident İlham Əliyevə düşür. Bir daha Prezident İlham Əliyevə 16 mart 2019-cu il tarixli əfv Sərəncamına görə dərin təşəkkürümü bildirirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm