“Əfvetmə cəmiyyətimizdə olduqca müsbət hadisə kimi qarşılandı” - Deputat
19:16 18.03.2019
Arxiv
760
"Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, belə sərəncamların hər biri yüzlərlə vətəndaşımzın ailələrinə sonsuz sevinc bəxş edib:
"Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir. Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirlməsi imkanları yaradır. Budəfəki sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi. Onların işərisində xarici ölkə vətəndaşları da var idi.
Əfvetmə cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılandı. Şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi. Hər bir cəmiyyətdə ayri-ayrı fərdlər və sosial stratalar bəzən hüququ texniki baxımdan özünəməxsus şəkildə şərh edir.
Məhkəmə hüquq sistemi nə qədər adil olursa-olsun hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur. Əfv fərmanları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi asossasiya olunur”.
Parlament üzvünün sözlərinə görə, bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir:
"Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın hümanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir. Bu zaman hələ 1995-cil ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir.
Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxlər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir. Ona görə də imzalanan hər əvf sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya