“Əhalinin sosial rifahı ilə bağlı məqsədyönlü, sistemli və ardıcıl addımlar atılır" - Deputat
11:23 26.02.2019
Arxiv
596
"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sosialyönümlüdür. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, dövlət başçısının 15 illik prezidentlik dövrünə nəzər salsaq, bir daha əmin olarıq ki, əhalinin sosial rifahı ilə bağlı məqsədyönlü, sistemli və ardıcıl şəkildə çox ciddi addımlar atılıb:
"2019-cu ildə bu istiqamətdə daha ciddi addımlar atıldığının şahidiyik. Sosial paket şəklində təqdim olunan bu addımlar ilk növbədə Prezidentin siyasi iradəsinin ifadəsidir. Eyni zamanda bunları həyata keçirmək üçün bizim maliyyə imkanlarımız var. Bu, çox önəmli məsələdir. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar Azərbaycan büdcəsinə təkcə yanvar ayı ərzində 105 milyon manat vəsaitin daxil olmasına gətirib çıxarıb. Bunlar çox mühüm göstəricilərdir. Eyni zamanda yanvar ayında ümumi daxili məhsulun 3 faiz artması, qeyri-neft sənayesində 14 faiz artım onu göstərir ki, Azərbaycan iqtisadiyyatında artım tempi kifayət qədər yüksəkdir”.
Parlament üzvünün sözlərinə görə, heç şübhəsiz belə islahatlar ölkənin maliyyə təminatı üçün mühüm şərtdir:
"Cənab Prezidentin xüsusi kateqoriyada olan insanlara diqqəti bütün cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri, məcburi köçkün və qaçqınlar, müharibə veteranları, müharibə əlilləri ilə bağlı verilən qərarlar, o cümlədən valideynlərini itirmiş uşaqlara və çoxuşaqlı analara müavinətin artırılması, minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması, pensiyaların 160 manata qədər yüksəlməsi, tələbələrin təqaüdünün artırılması və s. mühüm islahatlardır. İslahatlar ölkədə 2 milyon 200 min vətəndaşı əhatə edir ki, bu da çox böyük göstəricidir. Hər bir vətəndaş görülən tədbirləri öz sosial rifahında hiss edir.
Bugün dünyada və regionumuzda xaos hökm sürməkdədir. Bölgədə yeni təhdilər, münaqişə ocaqları yaranmaqdadır. Uzun illərdir xarici ölkələrdə maaşların və təqaüdlərin artırılması gündəmdə deyil. Bəzi regionlarda insanlar real təhlükə ilə üz-üzə qalıb. Hətta sabaha ümidləri belə qalmayıb. Ancaq bütün bunlara rəğmən Azərbaycan sabit və stabil ölkədir. Prezidentin öz xalqına olan diqqət və qayğısı hər addımda özünü biruzə verir. Dövlət başçısı ötən gün çıxışında bildirdi ki, bu, hələ son deyil və proses mütəmadi davam edəcək”.
E.Nəsirovun fikrincə, problemli kredit məsələsi xeyli vaxtdır cəmiyyətdə diskusiya probleminə çevrilmişdi:
"Cənab Prezident bu məsələnin həll olunacağı anonsunu da verdi. Dövlət başçısının birbaşa rəhbərliyi ilə keçirilən iqtisadi islahatlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır, ölkə vətəndaşlarını məmnun edir. Təəssüf ki, bəzi üzdən iraq, xalqdan ayrı düşmüş siyasi dairələr buna da bir siyasi rəng qatmaq istəyirlər. Bir çox hallarda dəyişikləri öz adlarına çıxmağa çalışırlar. Amma bunlar mənasız yanaşmalardır və xalq Prezidentini çox gözəl tanıyır və seçkilərdə də layiqli liderinə öz etimadını göstərir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya