Əli Əhmədov: Azərbaycanda aparılan islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək
08:56 02.03.2019
Arxiv
745
Azərbaycanda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməyə başlayıb və bunun əsasında sosial sahədə mühüm tədbirlər həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın bu gün keçirilən ümumrespublika müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarla ölkəmizdə insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülür: "Bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq, həmçinin bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi baxımından önəmli il olacaq. İqtisadi sahədə islahatlar aparılır və davam edəcək. Bu ilin əvvəlindən vacib sərəncamlar verilib və insanların sosial həyatlarının yaxşılaşması əsas hədəf seçilib. Əməkhaqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildəndir və alqışlayiqdir".
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşması dayanır.
Onun sözlərinə görə, sosial proqramların genişlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir: "Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımlara şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sahədə həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq".
Ə.Əhmədov qeyd edib ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: "Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədi daşımaqla yanaşı, əhalinin firavan yaşamasına da şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi