Əməliyyatsız olacaq...

Türklər bel və boyun ağrılarına çarə tapdı



Son dövrlərin ən çox yayılan xəstəliklərindən biri də bel və boyun narahatlıqlarıdır. Türkiyədə hər 10 adamdan 8-i bel, hər 10 adamdan 4-ü isə yaşının bəlli bir dövründə boyun narahatlığı keçirir.
Azərbaycanda da bu xəstəliklər geniş yayılıb. Türkiyənin tibb mütəxəssisləri isə bel və boyun ağrılarının müalicəsində yeni üsullar kəşf ediblər.

Əməliyyat yerinə şəkərli su

Cərrahi müdaxilələrlə yanaşı, bel və boyun ağrılarının müalicəsində son illər yeni üsullar da inkişaf etdirilir. Əməliyyat yerinə şəkərli su üsulu, quru iynə müalicəsi kimi alternativ üsullara müraciət edilir. Ziyanlı bölgəyə şəkərli sərəm tətbiq etməklə proloterapi üsulu xəstələrdə yüzdə 80-ə qədər müsbət nəticələr verir.

Proloterapinin təbii bir müalicə üsulu olduğunu ifadə edən həkim Davud Karakuzu bildirib ki, proloterapi üsuluyla əzələ - skelet sistemində ziyanlı olan oynaqlarda şəkərli sərəm köməyiylə mikrobsuz bir iltihab meydana gətirərək bədənin təmir mexanizmini hərəkətə keçirib möhkəm və yeni hüceyrələr meydana gətirməyə çalışırlar: "Proloterapi, əldə edilən müsbət nəticələr səbəbiylə xəstələr tərəfindən ən çox seçilən müalicə üsulu olmağı bacardı”. ("Milliyyət”)

Proloterapinin əhənglənmələrdən bel və boyun yırtıqlarına, miqrenden tendon və liqament ziyanlarına qədər çox sayda narahatlığın müalicəsində dünyanın inkişaf etmiş ölkələrində uzun illərdir tətbiq olunur. Davud Karakuzu, "Proloterapi bir inyeksiya üsuludur. Meydana gətirdiyimiz mikrobsuz iltihabi reaksiya əslində içərisində sağlamlığın və yenilənmənin sirrini saxlayır. Bu iltihabi reaksiyanın ardından orqanizm ziyanlı bölgəyə təmirçi hüceyrələri göndərərək zəifləmiş, aşınmış və ziyanlı olan tendon, liqament və oynağın təmir edilərək güclənməsini təmin edir. Bu yaxşılaşma müddəti sonunda yeni hüceyrələr köhnəsinə görə çox daha sağlam hala gəlir. Yəni bir mənada proloterapi ilə ziyanlı toxumalar yenidən tikilmiş olur, ziyanlı parçaların yerinə çox daha möhkəmləri qoyularaq bir daha eyni problemin yaşanma ehtimalı aşağı salınır. Bu, əməliyyatsız və təbii bir müalicə üsuludur. Bu səbəbdən ona tələbat da artır. Xəstələr müalicənin ardından dərhal gündəlik həyatlarına davam edə bilir”.

Quru iynə ilə müalicə

Bel-boyun ağrılarında digər müalicə üsulu isə quru iynə terapiyasıdır.
Fiziki Müalicə və Reabilitasiya mütəxəssisi olan tibb professoru Turan Dinc ilə birlikdə bel-boyun narahatlıqları, duz əhənglənmələri və ağrıları, çiyin və digər oynaqların ağrı və narahatlıqları sahələrində əməliyyatsız üsullarla xəstələri müalicə etməyə çalışdıqlarını izah edən həkim Davud Karakuzu bunları deyib: "Proloterapinin yanında xəstənin ehtiyacına görə İMS (Quru İynə Müalicəsi) və onurğa dəstək aparatları kimi vasitə və üsulları da müalicədə istifadə edirik. Xüsusilə xroniki ağrılarda bu üsullar müsbət nəticələr əldə etməmizi təmin edir. Quru iynə müalicəsində, ağrıya səbəb olan sıxılmış və qısalmış kassa çox incə bir iynə ilə girilərək əzələ xəbərdar edilir, beləcə əzələ spazmı həll edilir və əzələnin boyu uzanır, sıxışan oynaq rahatlaşdırılır. Nəticədə yalnız ağrı aradan qaldırılmır, ağrıya səbəb olan təməl pozuqluq da müalicə edilmiş olur. Hər xəstənin narahatlığına uyğun adama xüsusi bir də onurğa dəstək aparatı veririk. Onurğada pozuqluq olan yerlər üçün hər bir pasiyent üçün xüsusi dizayn edilmiş bu aparatda xəstəni uzandıraraq narahatlığın düzəlməsini təmin edirik. Xəstə bu aparatı evində istifadə edir və gündə yalnız 20 dəqiqə uzanaraq yaxşılaşır. Bu aparatı onurğadakı təbii əyriliklərin yenidən meydana gəlməsini təmin etmədə istifadə edirik”.