Əməyin Mühafizəsi Fondu yaradılır
13:29 02.03.2019
Arxiv
846
"BMT-nin ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) bu il 100 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Təşkilat 187 üzv ölkəsi üçün "Hər ölkəyə bir Konvensiya” təşəbbüsü ilə çıxış edib. Azərbaycan da BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik ölkə kimi bu təşəbbüs çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı milli üçtərəfli məsləhətləşmələrə başlayıb”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu nazir müavini Mətin Kərimli qeyd olunan Konvensiyanın ratifikasiya olunması imkanlarının müzakirəsi ilə bağlı sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı keçirilən görüşdə bildirib.
Son illərdə Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzv seçildiyini xatrıladan nazir müavini qeyd edib ki, indiyədək ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub: "Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşıb və daim təkmilləşir”.
M. Kərimli vurğulayıb ki, sosial tərəfdaşlarla birgə aparılan müzakirələr nəticəsində ratifikasiya üçün BƏT-in 155 saylı Konvensiyası ("Əməyin təhlükəsizliyi, sağlamlığı və istehsalat mühiti haqqında”) müəyyən olunub: "Bu da işçilərin həyat və sağlamlığının qorunmasının ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən olduğunu bir daha təsdiq edir. Həmin Konvensiyanın müəyyən edilməsi həmçinin əməyin təhlükəsizliyi və sağlamlığının vacibliyinin cəmiyyətə çatdırılması zərurətindən irəli gəlir. Yaxın vaxtlarda Azərbaycanda yaradılacaq Əməyin Mühafizəsi Fondu da əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstək verilməsi məqsədinə xidmət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya