Ən qədim gül 174 milyon il əvvəl çiçək açıb – Alimlərdən yeni iddia - FOTO

Ən qədim gül 174 milyon il əvvəl çiçək açıb.
« Sherg.az» « sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bundan öncə ilk qədim gülün 130 və ya 140 milyon il bündan öncə açdığı iddia olunsa da, son araşdırma bu faktları təkzib edir. Nanjinqatus bu rekordu yeniləyib və iddia edir ki, ilk gülün 174 milyon il yaşı var.
Bu qədim gül Çinin Nanjinq Elmlər Akdemsiyası 250-də artıq gül növü üzərində apardığı tədqiqatdan sonra kəşf edib.
Müasir və yaxşı təchiz olunmuş mikroskop nəticəsində tədqiqatçılar təsdiqləyiblər ki, bu gül toxumdan yaranıb. Alimlər onu da qeyd ediblər ki, ən qədim gülün 174 milyon il bundan əvvəl açıb-açmaması ətrafında geniş müzakirələr açmağa hazırdırlar.
Tərcümə etdi : Ayyət Əhməd