Ərdoğan: Türkiyəyə qarşı erməni terrorçularından istifadə ediblər





Bəzi ölkələr Türkiyəyə böyük ziyan vurmaq üçün erməni terrorçularından istifadə edib.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, həmin dövlətlər bu gün də Türkiyə və türk xalqına ziyan vurmaq istəyir:

"Bu gün Türkiyə sərhədlərində, eləcə də Cənubi Qafqazda baş verən hadisələr ümumilikdə türk xalqına qarşı yönəlib”.