Erkən yaşlanma əleyhinə iki kliniki test – Dünya alimləri toplandı

“Heç şübhəsiz ki, progeriya - erkən yaşlanma xəstəliyi sayəsində bir gün daimi gəncliyin sirləri də öyrəniləcək”
Gen terapiyasına əsaslanan iki uğurlu klinik test projeriya (erkən yaşlanma) xəstələrinə ümid verir.
"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, fransız həkim və filosof Jorj Kanqilemin tədris etdiyi kimi, bədən üzvlərinin normal işləməsini kəşf etmək üçün insanın patologiyasını açmaq lazımdır. Heç şübhəsiz ki, projeriya - erkən yaşlanma xəstəliyi sayəsində bir gün daimi gəncliyin sirləri də öyrəniləcək. Bu dəhşətli xəstəlik nəticəsində insan bədəni bir il ərzində təxminən 7 il qocalır. Və uşaq təxminən 13-14 yaşına çatanda ürək-damar xəstəliklərindən dünyalarını dəyişirlər.
Yazıda qeyd olunub ki, elmi tədqiq edən 23 yaşlı italiyalı Sami Basso da bu klinikin testlərin araşdırıması işinə qatılıb.
Amerika, ispan və ingilis tədqiqat qrupları siçanların üzərində bu xəstəliyin "genetik qayçı""Crispr-Cas9” terapiyasına cavab verə biləcəyini göstəriblər.
Bundan başqa California ştatındakı La Jolla Salk İnstitutunun professoru professor Juan Karlos Izpisua Belmont və Professor Karlos Lopez-Otin də həmin komandada yer alıblar.
Tərcümə etdi: Ayyət Əhməd