
"Erməni əsilli Lavrovdan Rusiya maraqlarına zidd cəhd: "Çalışır ki, məsələni ermənilərin xeyrinə həll etsin"
16:24 18.01.2019
Arxiv
602
"Rusiyanın bəlli bir siyasəti var və bunu tək xarici işlər naziri Sergey Lavrov müəyyənləşdirmir". Düzdür, S. Lavrov erməni əsillidir və çalışır ki, hansısa məsələni ermənilərin xeyrinə həll etsin, müəyyən məqamlarda onların yanında olsun. Amma Rusiyanın rəsmi siyasəti var və biz özümüzü aldatmamalıyıq".
Bunu "Sherg.az"a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Təşkilat sədri qeyd edib ki, Rusiya tarix boyu Azərbaycana qarşı düşmən mövqedə olub:
"Qarabağ münaqişəsində də Rusiyanın "xidmətləri", Azərbaycana qarşı törətdiyi cinayətlər ortadadır. 20 yanvar hadisəsindən tutmuş, 366-ci alayın törətdiyi faciələrə qədər hamısı göz önündədir. Bu mənada hesab edirəm ki, biz öz mövqeyimizi müəyyənləşdirməliyik. Şimal qonşumuzdan Azərbaycanın maraqlarını nəzərə alacağına dair mədət ummalı deyilik.Baxın, hazırda Ermənistanda vəziyyət gərgindir, işğalçı ölkədə anti-Rusiya meylləri getdikcə güclənir.

Təkcə hakimiyyət nümayəndələri və ya baş nazir Nikol Paşinyan deyil, cəmiyyət səviyyəsində də anti-Rusiya meylləri sürətlənib. Ermənilər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qarşısında aksiya keçirdilər. Onlar rus qoşunlarının Ermənistandan çıxmasını tələb edirdilər. Məhz buna görə düşünürəm ki, indi Rusiya XİN Azərbaycanın hesabına Ermənistanla münasibətləri normallaşadırmağa çalışır. Azərbaycana təzyiq görüntüsü yaratmaqla Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır. Bu, Rusiyanın rəsmi siyasətidir".
A.Nağı hesab edir ki, Azərbaycan XİN Rusiya XİN-in bu əsassız ittihamına çox məntiqli və adekvat cavab verib:
" Bu tutarlı cavabdan sonra Rusiya nəticə çıxarmaq əvəzinə buna sərt təpki verdi. Qeyd etdilər ki, Azərbaycan niyə bu qədər sərt mövqedən çıxş edir ? Onlar anlamırlar ki, Azərbaycan dövlətinin də öz mövqeyi və maraqları var.
Ermənilər istər Amerika vətəndaşı olsun, istər Avropa vətəndaşı olsun, istrərsə də Rusiya onlar Azərbaycan üçün təhlükədirlər. Biz Ermənistanla müharibə vəziyyətində yaşayırıq. Doğrudan da Rusiya XİN öz vətəndaşına diqqətlidirsə, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Dilqəm Əsgərov 5 ilə yaxındır ki,erməni girovluğundadır, orada ağır işgəncələrə məruz qalır. Rusiya XİN niyə onları azad etmir ? Hesab edirəm ki, bu addım Rusiya XİN-in qərəzli mövqeyi kimi dəylərləndirilməlidir. Azərbaycan da geri çəkilməyərək ona adekvat cavab verməlidir".
Qeyd edək ki, ötənlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycana qarşı heç bir fundamental əsasa söykənməyən iddia irəli sürüb. O ölkəmizi erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana buraxmamaqda ittiham edib. Və bu məsələ bu gün də Rusiyanın "Express" qəzetində növbəti dəfə gündəmə gətirilib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə