Ermənilər bu əsgəri axtarır

Permyakov Gümrüdə altı nəfəri güllələməkdə şübhəli bilinir



Ermənistan polisi 102-ci Rusiya hərbi bazasının qullluqçusu Valeri Permyakovu axtarır.

Hərbçi Gümrüdə altı nəfərdən ibarət erməni ailəsi üzvlərini güllələməkdə şübhəli bilinir. Erməni polisi müqavilə əsasında xidmət keçən əsgərin fotosunu yayaraq onun tapılmasında əhalidən kömək gözləyir.
Qeyd edək ki, bu gün səhər Ermənistanın Gümrü şəhərində dəhşət yaşanıb.
ANS PRESS-in məlumatına görə, bir ailənin altı üzvü güllələnib. Erməni mətbuatının yaydığı məlumatda, hadisənin Myasnikyan küçəsindəki evdə baş verdiyi deyilir. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib.
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.